AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Samirə Rüstəmova, elmi işçi Səidə Zülfüqarova, böyük laborant Xəyalə Əliyeva, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi bütöv genom üzrə assosiasiyaların tədqiqi (GWAS) üçün əkilmiş buğda genotiplərində ilkin fenoloji müşahidələrin aparılması olmuşdur. Qeyd olunmalıdır ki, ümumilikdə188 buğda genotipi, o cümlədən 67 yerli, 41 Rusiya mənşəli, 9 Türkiyə mənşəli, 18 Avropa mənşəli genotip və AR ETN Genetik Ehtiyatlar İnstitutunun Genbankından əldə edilmiş 53 ədəd növmüxtəlifliyinə aid toxum əkilmişdir. Eyni zamanda, laboratoriyada süni iqlim kameralarında yetişdirilərək molekulyar analizlərin aparılması üçün buğda toxumları seçilərərk instituta gətirilmişdir.