sa sa 4671
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib. + Foto May 19, 2023 | 11:24 / Tədbirlər

Məşqin keçirilməsində məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və  mülki müdafiə dəstələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin  aşılanması olub. Məşq iştirakçıları ilə metodiki toplantı keçirilib. Saat 09.00-da məşq mülki müdafiə dəstələrinin toplanması barədə rəhbərin göstərişi ilə başlanıb və dəstələrin şəxsi heyəti vaxtında təyin olunmuş yerə toplanıb. Məşqdə həmçinin mülki müdafiə dəstələrinin şəxsi heyətlə komplektləşdirilməsi, təchizatı, rabitə və xəbərdarlıq sisteminin hazırlıq vəziyyəti yoxlanılıb. Məşq rəhbərinin saat 10.00-da xəbərdarlıq və toplanış məşqinin başa çatması barəsində göstərişindən sonra məşqin nəticələri təhlil olunaraq aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilib.