sa sa 5163
MBBİ-də növbəti elmi seminar keçirilib + Foto May 30, 2023 | 16:26 / Seminarlar

Mayın 30-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Firuzə Abdullayeva “Maya göbələyində lakkaza fermentinin istehsalı” mövzusunda çıxış edib. Oksidazalar ailəsinə aid olan lakkaza fermenti canlı orqanizmlərdə mühüm rola malikdir. Lakkaza dəmir mübadiləsi, metalların oksidləşməsi, tullantıların ayrılması, sporlaşma, liqninin parçalanması kimi proseslərdə iştirak edir. Lakkaza fermenti kosmetika sənayesində oksidləşdirici vasitə kimi, çirkab sulardan boyaq maddələrinin çıxarılması və ağartma prosesində xlor əvəzinə istifadə olunur. Lakkaza fermentinin ən çox öyrənilmiş mənbəyi göbələklərdir. Bu ferment geniş substrat diapazonuna malik olma,  istehsalı üçün sərfəli maliyyə tələbatı, sənayedə yüksək miqdarda əldə edilə bilməsi kimi üstünlüklərə malikdir. Məruzəçi qeyd edib ki, bu gün sənayenin bütün sahələrində ətraf mühitə uyğun, vaxta qənaət, iş yükünün və xərclərin azaldılması istiqamətində mümkün olan yollar axtarılır və müasir sənayeni yaxşıllaşdırmaq üçün bu istiqamətində daha çox tədqiqatlar aparılmalıdır. Məruzə ətrafında geniş müzakirələr aparılıb və Firuzə Abdullayeva verilən sualları cavablandırıb.