sa sa 2202
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Əkinçilik ET İnstitutunun Qobustan BTS-də elmi ezamiyyətdə olublar + Foto İyn 14, 2023 | 16:00 / Ezamiyyətlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının əməkdaşları aparıcı elmi işçi, b.ü.f.d. Samirə Rüstəmova, elmi işçi Səidə Zülfüqarova və böyük laborant Xəyalə Əliyeva, Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi  işçisi, b.ü.f.d. Zərifə Süleymanova, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, b.e.d. Şahniyar Bayramov, aparıcı elmi işçisi, b.ü.f.d., Ulduzə Qurbanova və Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Natella Əliyeva Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi bütöv genom üzrə assosiasiyaların tədqiqi (GWAS) üçün əkilmiş 188 sayda buğda genotipində rəqəmsal fenotipləmənin aparılması və gen ekspressiyası analizləri üçün nümunələrin götürülməsi olmuşdur.