sa sa 2724
Akademik İradə Hüseynova KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında olub + Foto İyn 20, 2023 | 14:56 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova institut ilə KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyası (BTS) arasında birgə aparılan sahə tədqiqatlarına nəzarət məqsədilə BTS-da olmuşdur. Qobustan BTS-nin direktoru b.ü.f.d. Atabəy Cagangirov akademik İradə Hüseynovaya müsabiqəli sort sınağı kolleksiyasını, bütöv genom üzrə assosiasiyaların tədqiqi (GWAS) üçün əkilmiş buğda genotiplərini təqdim etmiş, tarla şəraitində aparılan tədqiqatlar haqqında ətraflı məlumat vermişdir. Akademik eyni zamanda Xilmilli ərazisində buğda əkilmiş sahələrlə də tanış olmuş, növbəti illər üçün birgə həyata keçiriləcək proyektlər müzakirə edilmişdir. İnstitut əməkdaşları - Bioadaptasiya laboratoriyasının baş elmi işçisi b.e.d.Tofiq Allahverdiyev, aparıcı elmi işçi b.ü.f.d. Samirə Rüstəmova, elmi işçi Turanə İsgəndərova, böyük laborant Xəyalə Əliyeva, institutun Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri b.ü.f.d. Ələmdar Məmmədov, Proteomiks beynəlxalq  laboratoriyasıının müdiri b.ü.f.d. İsmayıl Zülfüqarov və həmin laboratoriyanın kiçik elmi işçisi Gülşad Muradova, Hüceyrənin membran sistemləri laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d. Durna Əliyeva, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi b.e.d. Şahniyar Bayramov və həmin laboratoriyanın aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova buğda nümunələrində morfo-fizioloji, biokimyəvi və molekulyar-genetik tədqiqatların aparılması üçün nümunələr götürüblər. Genlərin ekspressiyası və biokimyəvi analizlər üçün nəzərdə tutulan nümunlər dərhal maye azotda dondurularaq instituta gətirilmiş və -800C temperaturda soyuducuda yerləşdirilmişdir.  Eyni zamanda, bütün genotiplərdə rəqəmsal fenotipləmə cihazının köməyilə qeyri-invaziv olaraq, bitkilərin tamlığı pozulmadan, 33 vegetasiya indeksi ölçülmüşdür. Tədqiqatlar institutun laboratoriyalarında davam etdirilir.