sa sa 731
İyunun 20-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib. + Foto İyn 22, 2023 | 12:32 / Mühüm hadisələr

AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizovun sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi şuranın iclasında “Molekulyar biologiya”, “Biotexnologiya” və “Biokimya” ixtisasları üzrə ümumilikdə 10 dissertasiya işi dinlənilib.

Açıq müdafiəyə buraxılan magistrantlar “Viral infeksiyalı xəstələrdə interleykin-1 reseptoru antaqonisti geninin  polimorfizmi”, “Yumşaq buğdada DREB geninin allel formaları üçün spesifik praymerlərin dizayn edilməsi və effektivliyinin yoxlanılması”, “Azərbaycanın perspektiv buğda genotiplərinin duzadavamlılığının birinci sinif HKT1;4 geninə görə qiymətləndirilməsi”, “NaCl duzunun müxtəlif qatılıqlarında yetişdirilən yumşaq buğda genotiplərində askorbatperoksidaza fermentinin tədqiqi”, “Su qıtlığı şəraitində buğda genotiplərinin vegetativ orqanlarında aspartataminotransferaza fermentinin öyrənilməsi”, “ Qarğıdalı bitkisindən mezofil və örtük topa xloroplastlarının ayrılması və fotokimyəvi fəallığın öyrənilməsi”, “Noxud yarpaqlarında oksalasetatdekarboksilaza fermentinin subhüceyrə paylanmasının təyini”, “Tomat (Solanum lycopersicon Mill.) bitkisində toxuma kulturası araşdırmaları və in vitro kallusun formalaşması yolu ilə regenerasiya protokolunun hazırlanması”,  “Nicotiana bentamiana bitkisində qida maddələrinin toplanmasının optimallaşdırılması yolu ilə rekombinant protein ekspressiyasının gücləndirilməsi”, “Quraqlıq stresi şəraitində yonca bitkilərinin hüceyrə kulturasında morfogenezin tədqiqi ” mövzularında yerinə yetirdikləri dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər.

Mövzular ətrafında geniş müzakirə aparılıb və magistrantlara müvafiq dərəcələrin verilməsi haqqında qərar qəbul edilib.