sa sa 614
b.ü.f.d. Atabəy Cahangirovun “Dağlıq Şirvanın dəmyə şəraitində payızlıq yumşaq buğdanın (Triticum aestivum L.) seleksiyasının morfofizioloji əsasları” mövzusunda biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. + Foto İyn 25, 2023 | 16:58 / Mühüm hadisələr

İyunun 25-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında” b.ü.f.d. Atabəy Cahangirovun “Dağlıq Şirvanın dəmyə şəraitində payızlıq yumşaq buğdanın (Triticum aestivum L.) seleksiyasının morfofizioloji əsasları” mövzusunda biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Bitki fiziologiyası şöbəsində və Qobustan Bölgə Təcrübə Stansiyasında yerinə yetirilib. İşin elmi rəhbərləri akademik İradə Hüseynovadır. Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, Səmra Mirzəyeva iddiaçının şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib. İddiaçı mövzunun aktuallığı, dissertasiya işində qarşıya qolulan məqsəd, işin elmi yeniliyi, əldə edilən nəticələr haqqında ətraflı məlumat verib. b.ü.f.d Atabəy Cahangirov qeyd edib ki, İlk dəfə olaraq dəmyə şəraitində payızlıq yumşaq buğdanın su ilə təminat şəraitindən asılı olaraq fenoloji və morfofizioloji xüsusiyyətləri, məhsuldarlığı, quraqlığa tolerantlığı və həssaslığı, məhsuldarlığın stabilliyi, plastikliyi və adaptasiya qabiliyyəti kompleks şəkildə tədqiq edilmiş və seleksiya işində tətbiq oluna bilən əlamətlər müəyyən edilmişdir. Tədqiq edilən morfofizioloji əlamətlər nəmliklə stabil təmin olunmamış dəmyə bölgələrdə yüksək məhsuldarlıq istiqamətində payızlıq yumşaq buğdanın seleksiyası işində, eləcə də məlum sortların belə bölgələrdə becərilməsi üçün seçilməsində praktiki olaraq istifadə edilə bilər. Əldə olunan nəticələr seleksiyada tətbiq olunmaqla payızlıq yumşaq buğdanın “Ləyaqətli 80”, “Lider”, “Yubiley 90”, “Baba 75”, “Çempion” və “Gülüstan 100” sortları yaradılmış və nəmliklə stabil təmin olunmamış dağlıq və dağətəyi bölgələr üçün rayonlaşdırılmışdır.

Rəsmi opponentlər biologiya elmləri doktoru, professor,  AMEA-nın müxbir üzvü  İbrahim Əzizov , biologiya elmləri doktoru, professor  Vilayət Abdıyev , biologiya elmləri doktoru, dosent  Tatyana Savçenko və biologiya elmləri doktoru, dosent  Hamlet Sadıqov dissertasiya işinə verdikləri rəyi oxuyub, tədqiqat işinin tamamlanmış və elmi yeniliyə malik olduğunu qeyd edərək dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının “Bitki fiziologiyası” ixtisasında biologiya üzrə elmlər doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər.

Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü Novruz Quliyev, biologiya üzrə elmlər doktorları Əhəd Nəbiyev,  Süleyman Allahverdiyev, Yaşar Feyziyev, Şahniyar Bayramov,  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai və başqaları  dissertasiya işini yüksək qiymətləndirərək onun müasir dövrün tələblərinə uyğun, aktual, elmi yeniliyə və elmi-praktiki əhəmiyyətə malik tədqiqat işi olduğunu bildiriblər.

Daha sonra dissertasiya ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib.

İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Atabəy Cahangirova biologiya üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.