sa sa 1097
Süleyman Allahverdiyev “Plant Science and Agronomy” istiqaməti üzrə Rusiyanın aparıcı alimlərinin reytinqi cədvəlində birincidir Avg 10, 2023 | 14:00 / Mühüm hadisələr

Tədqiqatçıların beynəlxalq akademik platforması olan Research.com — Leading Academic Research Portal 2023-cü ilin aparıcı alimlərinin siyahısını dərc edib. Həmkarımız RE Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotosintez laboratoriyasının müdiri, baş elmi işçi, b.e.d., RE-nın müxbir üzvü, əməkdar elm xadimi Allahverdiyev Süleyman İfxan oğlu “Plant Science and Agronomy” istiqaməti üzrə Rusiyanın aparıcı alimlərinin reytinqi cədvəlində birinci yeri tutub. Qeyd edək ki, 2022-ci ildə o, Rusiyanın ən yaxşı alimləri - bioloqları və biokimyaçılarının reytinq cədvəlində 4-cü yerdə olub. S.Allahverdiyev bitkilərin fiziki-kimyəvi və eksperimental biologiyası sahəsində dünya səviyyəsində tanınan mütəxəssisdir. Onun fotosintezin fundamental proseslərinin, eləcə də bitkilərdə günəş enerjisinin fotokatalitik çevrilmə mexanizmlərinin öyrənilməsinə böyük töhfələri vardır. S.Allahverdiyev Fotosistem 2-nin reaksiya mərkəzində elektronların ötürülməsi prosesində feofitin molekulunun iştirakını aşkar edən və sübut edən, həmçinin Fotosistem 2-nin donor hissəsində 4 manqan atomunun olduğunu müəyyən edən əsas alimlərdən biridir. Son illərdə onun elmi maraqları süni fotosintez və hidrogen enerjisinin tədqiqi ilə bağlıdır.

ippras.ru