sa sa 4880
İnstitutun əməkdaşları Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto Okt 09, 2023 | 15:03 / Ezamiyyətlər

05-06 oktyabr tarixlərində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçiləri Turanə İsgəndərova və Səidə Zülfüqarova, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi bütöv genom üzrə assosiasiyaların tədqiqi (GWAS) üçün buğda genotiplərinin dənlərin səpinə hazırlanması və əkin prosesinin planlaşdırılması olmuşdur.  Ümumilikdə188 buğda genotipi, o cümlədən 67 yerli, 41 Rusiya mənşəli, 9 Türkiyə mənşəli, 18 Avropa mənşəli genotip və AR ETN Genetik Ehtiyatlar İnstitutunun Genbankından əldə edilmiş 53 ədəd növmüxtəlifliyinə aid toxumun əkilmişdir.