sa sa 1492
“Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Əsərləri” jurnalı nüfuzlu INDEX COPERNICUS INTERNATIONAL (ICI) bazasında indekslənib Okt 23, 2023 | 14:47 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu tərəfindən ingilis dilində nəşr edilən “Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının (ISSN: 2709-0752, 2709-0744) beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil edilməsi və indekslənməsi istiqamətində 2023-cü il ərzində əhəmiyyətli uğurlar əldə edilib. Jurnalın elektron saytı (http://www.timbb.az/) təkmilləşdirilib, bütün məqalələrə DOİ-lər alınaraq saytda yerləşdirilib.

Bu günlərdə “Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalı müvafiq meyarlarla qiymətləndirmə proseslərindən uğurla keçərək “ICI Journals Master List” (İndex Copernicus İnternational-ICI: ICV 2022 = 82.53) bazasına daxil edilib. Bu, AGRİS (International System for Agricultural Science and Technology), ASCI-Database (Asian Science Citation İndex) bazalarından sonra jurnalın daxil edildiyi 3-cü bazadır.

Hazırda jurnalın digər nüfuzlu bazalara daxil edilməsi istiqamətində intensiv fəaliyyətlər davam etdirilir.