sa sa 7509
Biokimya üzrə dissertasiya işi Elmi seminarda müzakirə olunub + Foto May 03, 2024 | 15:30 / Seminarlar

Mayın 3-də ED 1.25 Dissertasiya şurasının elmi seminarında Emil Şükürlünün “Azərbaycanda südləmə (Lactuca L.) növlərinin bioloji fəal maddələrinin tədqiqi” mövzusunda 2406.02-“Biokimya” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Tədqiqat işi  AR ETN Botanika İnstitutunun “Bitki ehtiyatları” şöbəsində yerinə yetirilib. İşin elmi rəhbərləri Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor mərhum Siracəddin Sərkərov və biologiya elmləri doktoru, dosent Ədilə Ələsgərovadır. Emil Şükürlü dissertasiyanın əsas müddəalarını şərh edib və mövzu ətrafında müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Emil Şükürlünün dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.