sa sa 4441
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov “Global iqlim dəyişikliklərinə adaptiv yeni bitki sortlarının yaradılmasında genetik ehtiyatların rolu: gələcəyə baxış, perspektivlər” mövzusunda təşkil olunmuş Tarla Semiranıda iştirak edib + Foto ,Video May 23, 2024 | 11:00 / Konfranslar, iclaslar

Mayın 17-də  b.ü.f.d. Ələmdar Məmmədov AR ETN Genetik Ehtiyatlar İnstitutunun  Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasında   təşkil   olunmuş  Tarla Semiranıda iştirak edib.  Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,  Genetik Ehtiyatlar İnstitutun baş direktoru Zeynal Əkpərov və bir çox özəl şirkətlərin nümayəndələri çıxış edib. 

Ələmdar Məmmədov akademik İradə Hüseynovanın salamlarını seminar iştirakçılarına çatdıraraq Molekulyar Biologiya  və Biotexnologiyalar İnstitutunda aparılan elmi işlər barədə məlumat verib. O qeyd edib ki, abiotik və biotik faktorların təsirinə davamlı bitki nümunələrinin yaradılması üçün əsası akademik Cəlal Əliyev tərəfindən qoyulmuş və daima zənginləşdirilən Azərbaycanın “qızıl fondu” olan Genbanklar misilsiz rola malikdirlər. Ə. Məmmədov MBBİ-də yeni sortların yaradılması üçün stress faktorlara davamlı valideyn formaların seçilməsi, onların yeni daha perspektivli buğda sortlarının yaradılmasında istifadəsi, bitki xəstəliklərinin (virus, fitoplazma  və göbələk) molekulyar diaqnostikası və identifikasiyasının yerinə yetirilməsi, yeni metodlardan skrininq prosesində istifadə olunması barədə danışıb.

Seminar iştirakçılarına yaradılmış yeni bitki sortları (meyvə, pambıq və tərəvəz bitkiləri) və qazanılmış naliyyətlər barədə məlumat verilib. Mövcud problemlərin aradan qaldırılması üçün, yeni sortlar yaradılması, bitkilərin zərərvericilərinə qarşı mübarizə vasitələrinin (bioloji, kimyəvi) işlənib hazırlanması, bitki xəstəliklərinin molekulyar diaqnostikası və identifikasiyası üzrə birgə fəaliyyət göstərilməsinin daha səmərəli  olacağı vurğulanıb. Daha sonra seminar iştirakçıları əkin sahələrinə baxış keçirib, buğda genotiplərinin becərilməsi texnologiyası ilə tanış olub və ağacəkilmə aksiyasında iştirak ediblər.