sa sa 4530
MBBİ-də “Azərbaycan populyasiyasinda polimorfizmin Str markerlərlə tədqiqi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiya işinin müdafiəsi keçirilib. + Foto İyn 03, 2024 | 11:44 / Mühüm hadisələr

Mayın 31-də  AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında Elşən Məmmədovun “Azərbaycan populyasiyasinda polimorfizmin Str markerlərlə tədqiqi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” public hüquqi şəxsin Məhkəmə biologiya şöbəsinin Molekulyar genetika laboratoriyasında yerinə yetirilib. İşin elmi rəhbərləri tibb elmıləri doktoru Ədalət Həsənov və b.ü.f.d., dosent Nurməmmməd Mustafayevdir. Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, Səmra Mirzəyeva iddiaçının şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib. İddiaçı mövzunun aktuallığı, dissertasiya işində qarşıya qolulan məqsəd, işin elmi yeniliyi, əldə edilən nəticələr haqqında ətraflı məlumat verib.  Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib kimi populyasiya-genetik və məhkəmə-tibbi parametrlər, xüsusən də STR lokusların allel tezlikləri məhkəmə-tibbi ekspertiza təcrübəsində kifayət qədər etibarlılığa malik real referens parametrlər kimi tətbiq oluna bilər. Tədqiqatın nəticələrinə istinadlar və onlardan istifadə bu nəticələrin fundamental və praktiki əhəmiyyətə malik olduğunu göstərir. Tədqiqat işinin nəticələri, dünyada aparılan analoji populyasiyalararası müqayisəli tədqiqatlarda, həmçinin genetik xəritələrin tərtibində və genocoğrafi atlasların yaradılmasında istifadə edilə bilər. Rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, biologiya elmləri doktoru Elxan Rəsulov və tibb üzrə fəlsəfə doktoru, professor Mehmet Tökdemir tədqiqat işinin tamamlanmış və elmi yeniliyə malik olduğunu qeyd edərək dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının “Molekulyar biologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya elmləri doktorları Səftər Süleymanov, Vilayət Abdiyev, Ziyəddin Məmmədov və b.ü.f.d., dosent Ələmdar Məmmədov dissertasiya işini yüksək qiymətləndirərək onun müasir dövrün tələblərinə uyğun, aktual, elmi yeniliyə və elmi-praktiki əhəmiyyətə malik tədqiqat işi olduğunu bildiriblər. Daha sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib. İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Elşən Məmmədova  biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.