sa sa 2368
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Mustafayev Nurməmməd Fransanın Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Bordo Mərkəzində elmi ezamiyyətdə olmuşdur + Foto İyn 01, 2017 | 10:19 / Ezamiyyətlər

 AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Mustafayev Nurməmməd Şamil oğlu Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun “Azərbaycanda tərəvəz bitkilərində xəstəlik törədən təhlükəli virus və fitoplazmalar və onların həşərat vektorlarının yeni molekulyar və seroloji metodlarla tədqiqi” adlı layihəsində nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün 1-11 iyun tarixlərində Fransanın Bordo şəhərində yerləşən Fransa Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Bordo Mərkəzində (Institut National de la Recherche Agronomique INRA Centre Bordeaux) elmi ezamiyyətdə olmuşdur. Ezamiyyənin məqsədi bitkilərdə xəstəlik törədərək iqtisadi cəhətdən külli miqdarda məhsul itkisi yaradan fitoplazmaların genomlarının sekvensindən sonra oxunmuş ardıcıllıqların (reads) redaktəsi, gap-ların və kontiqlərin təhlili, gap-ların aradan qaldırılması və kontiqlərin birləşdirilməsi yolu ilə genomların assemblinqi, eyni zamanda genomların annotasiyası zamanı istifadə edilən Phred-Phrap-Consed, həmçinin tədqiqqatlar zamanı əldə olunan DNT/zülal ardıcıllıqları əsasında onların digər paraloqlarının/homoloqlarının ardıcıllıqları ilə müqayisəsinin aparılmasına və təkamülünü əks etdirən filogenetik ağacın qurulmasına imkan verən MEGA6.06 kompüter proqram paketlərinin mənimsənilməsi və tətbiqi olmuşdur. Göstərilən proqramların mənimsənilməsi və tətbiqi yuxarıda adı çəkilən institutun (İNRA) baş elmi işçisi, bitki xəstəlikləri sahəsində tatnınmış alim Dr. Zaviyer Foissakın rəhbərliyi altında həyata keçirilmişdir.