AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi b.ü.f.d. Gülnarə Şamməd qızı Balakişiyeva 12 Yanvar 2018-ci il tarixində institutda keçirilmiş elmi seminarda “Fitoplazmaların effektor zülallarının bitkilərin inkişafına və bitki-həşərat əlaqələrinə təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi fitoplazmalar, onların sahib bitki və həşərat vektoru arasında həyat tsikli, viulentlik faktorları olan effektor zülalları, onların bitkilərin inkişafına və bitki-həşərat əlaqələrinə təsir mexanizmləri haqqında ən son elmi məlumatları auditoriyanın nəzərinə çatdırmışdır. Təqdim edilən məruzə seminar iştirakçılarının marağına səbəb olaraq geniş müzakirə edilmişdir.