sa sa 2126
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Lənkəran Regional Elmi Mərkəzi və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair prioritet istiqamətlər müzakirə olunub + Foto Sen 20, 2019 | 16:00 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi və Lənkəran Dövlət Universiteti arasında birgə elmi tədqiqatların aparılmasını və kadr hazırlığını nəzərdə tutan müqavilə  2019-cu ildə  bağlanmışdır. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktorunun  elmi işlər üzrə müavini b.ü.f.d., dosent Ələmdar Çərkəz oğlu Məmmədov, Hüceyrənin membran sistemləri laboratoriyası müdiri, b.e.d. Səftər Yusif oğlu Süleymanov və Fotobioenergetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Mirzə oğlu Feyziyev müqavilə çərçivəsində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi məqsədilə 19-20 sentyabr 2019-cu il tarixində LDU-ə və Regional Mərkəzə ezam olunmuşlar.

19 sentyabr 2019-cu il tarixində Lənkəran Regional Elmi Mərkəzin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, Fərman Ağadədə oğlu Quliyev, elmi işlər üzrə direktorun müavini, texnika üzrə fəlsəfə doktoru İltifat Cavad oğlu Kərimov və Lənkəran Dövlət Universitetinin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov,biologiya və tibb elmləri kafedrasının müdiri, b.ü.f.d. Ramiz Şəmmədov və s. iştirakı ilə görüş keçirilmişdir. Görüşdə aparılan əsas elmi tədqiqatlar və alınmış nəticələrin analizi  barədə geniş elmi müzakirələr aparılmış və MBB İnstitutu ilə birgə aparılması mümkün olan elmi istiqamətlər müəyyənləşdirilmişdir. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində keçirilən görüşdən sonra sitrus bitkilərinin müxtəlif növlərinin və sortlarının əkildiyi Genofond sahəsinə baxış keçirilmişdir. Çay sortları, naringi və limon sortlarının genofondlarında cəmləşmiş bitkilərə yüksək səviyyədə aqrotexniki qulluq göstərildiyi və genofondların yaxşı vəziyyətdə olduğu aşkar edilmişdir.