Genomun quruluşu və ekspressiyası laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Ülkər Faiq qızı İbrahimova 03.08.2019-01.10.2019 tarixlərində Slovakiya Respublikasının Nitra şəhərində yerləşən Slovakiya Kənd Təsərrüfatı Universitetinin Bitki fiziologiyası və Genetika departamentlərində ezamiyyətdə olmuşdur. Ezamiyyət “Dəyişən xarici mühit və stres şəraitində məhsuldarlığın artırılması üçün qabaqcıl fenomik yanaşma üsulları vasitəsilə fotosintezin effektivliyinin tədqiq edilməsi” mövzusunda təsdiq olunmuş layihə çərçivəsində baş tutmuşdur. Ezamiyyət müddətində Ü. İbrahimova Triricum aestivum L. genotiplərinin quraqlıq və duzadavamlılığının təyini istiqamətində təcrübələr aparmaqla yanaşı bir sıra molekulyar analiz metodlarını (DNT, RNT və mikro RNT-nin ayrılması, poliadenilləşmə və cDNT-nin sintezi reaksiyaları, agaroza və poliakrilamid gellərində elektrofarez, PCR və qRT-PCR reaksiyaları) mənimsəmişdir.
Ü. İbrahimova ezamiyyətdə olduğu müddətdə Bitki fiziologiyası və Genetika departamentlərinin əməkdaşları ilə gələcəkdə də elmi məqsəd daşıyan görüşlərin keçirilməsini və layihələrdə iştirakını müzakirə etmişdir.