Oktyabrın 21-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bioadaptasiya laboratoriyasının dissertantı Turanə İsgəndərovanın “Yarpaq qocalmasının molekulyar şəbəkə mexanizmləri” mövzusunda seminarı keçirilmişdir. Məruzəçi yarpaq qocalması zamanı gen tənziməyici şəbəkələr, NAC VƏ WRKY TF ailələri, o cümlədən omiks texnologiyalar vasitəsilə əldə olunan ən son məlumatlar haqqında bəhs etmişdir. Yarpağın streslə induksiya olunan qocalmasının xromatin, transkripsiya, posttranskripsional və posttranslyasional səviyyələrdə TF –nın identifikasıyası və xarakterizə edilməsi barəsində əldə olunan nailiyyətləri şərh etmişdir. Hormon vasitəsilə siqnalın ötürülməsi və yarpaq qocalması arasında çarpaz əlaqə, hormon siqnalı ilə assosasiya edən TF-nın identifikasiyası hormon vasitəsilə induksiya olunan yarpaq qocalmasını neqativ və pozitiv tənzimləməsi haqqında geniş məlumat vermişdir. Həmçinin mədəni bitkilərin məhsuldarlığını və keyfiyyətini yaxşılaşdırmaq üçün genetik strategiyalar təsvir edilmişdir.Təqdim edilən məruzə seminar iştirakçılarının marağına səbəb olaraq geniş müzakirə edilmişdir. T.İsgəndərova verilən sualları ətraflı cavablandırmışdır.