sa sa 1899
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların distant üsulla tədrisi davam edir + Foto Apr 07, 2020 | 11:59 / Dərslər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədris alan magistrantlar üçün martın 29-dan etibarən başlanılmış distant dərslər uğurla davam etdirilir. Ötən həftə ərzində “Molekulyar biologiya” ixtisası üzrə “Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmləri” və “Proteomiks”, “Biokimya” ixtisası üzrə “Bioenergetika” və “Fotosintezin biokimyası”, “Biotexnologiya” ixtisası üzrə “Sənaye biotexnologiyası” və “Tibbi biotexnologiya”, “Nanobiotexnologiya” ixtisası üzrə isə “Nanofarmakologiya” və “Proteomiks” ixtisas fənləri üzrə “Skype” proqramının köməyilə mühazirə və seminar dərslər keçirilib.