sa sa 1664
Simulyasiyalar gen terapiyasını necə effektiv edəcəyimizi göstərir Apr 22, 2020 | 13:35 / Maraqlı məlumatlar

Nəzəri olaraq genetik xəstəlik nöqsanlı genin sağlam genlə əvəz olunması ilə müalicə olunur. Lakin praktikada yeni genetik materialın insan huceyrələrinə daxil edilməsi mürəkkəb prosesdir. Groningen Universitetinin alimləri belə genlərin orqanizmə daxil edilməsi üçün DNA/lipid komplekslərindən (lipoplekslər) istifadə edilməsini perspektivli metod hesab edirlər. Gen terapiyası çox sadə ideyaya əsaslanır: əgər xəstəliyə bir genin müəyyən bir versiyası səbəb olursa, bu geni əvəz etməklə xəstəliyi sağaltmaq olar. Lakin bizim orqanizm ona aid olmayan DNT-ni çox məharətlə məhv etdiyinə görə yeni genin daxil edilməsi çox çətinləşir. Genetik material hüceyrələrə viruslar vasitəsilə daxil edilə bilər, lakin bu zaman orqanizmin müdafiə sistemi işə düşür və immun sisteminin verdiyi cavab nəticəsində insan xəstələnə bilər. Nadir hallarda isə bu proses ölümlə nəticələnir. Məhz bu səbəbdən hazırda alimlər hüceyrə membranlarına oxşar olan lipid əsaslı komplekslər üzərində təcrübələr aparırlar. Bu lipoplekslər hüceyrənin endosom adlanan strukturu tərəfindən udulur. Əsas problem ondan ibarətdir ki, endosom genetik materialı parçalayır və buna görə də DNA endosomu tez tərk etməlidir. Lipopleks endosomla birləşib DNT-yə hüceyrəyə daxil olmaq imkanı verir. Bu proses deqradasiyanın qarşısını almaq üçün mümkün qədər effektiv baş verməlidir. Buna görə də hazırda alimlər lipopleks və endosom membranı arasında baş verən qarşılıqlı təsiri öyrənirlər. Təcrübə vasitəsilə bu qarşılıqlı təsirin öyrənilməsi çətin olduğu üçün onlar simulyasiyadan istifadə ediblər. Alınan nəticələrə görə poli-doymamış turşular birləşməni sürətləndirərək DNT-yə hüceyrə sitoplazmasına tez daxil olmaq imkanı verir. İndi bu fərziyyə laboratoriyada təcrübi yolla test edilməlidir.