sa sa 1039
Ürək qapaqları kişilərdə və qadınlarda fərqli minerallarla bloklanır Apr 27, 2020 | 15:22 / Maraqlı məlumatlar

Kanadanın Saskaçevan Universitetinin alimi, dosent Marta Çerruti və onun qrupu ürək transplantasiyası olunan xəstələrdə ürək qapağının zədələnməsini tədqiq edib. Alınan nəticələrə görə, aorta qapağının açılışının məhdudlaşması nəticəsində həyati təhlükə törədən stenoz zamanı kişilərin və qadınların aorta qapağında olan mineral çöküntüləri bir-birindən kəskin fərqlənir.   "Bizi təəccübləndirən şey ürək qapaqlarında olan mineralların növünün cinsə görə fərqli olması idi. Biz mineralların tərkib və formaca fərqləndiyini və qadınlarda daha yavaş inkişaf etdiyini müşahidə etdik”. Mineral tərkibinin analizi nəticəsində yalnız qadın xəstələrə xas olan minerallar aşkar edildi. Ürək xəstəliyi istər kişilər və istərsə də qadınlar arasında ölümün əsas səbəbi olaraq qalır. Çerrutinin dediyinə görə Kanadada stenoz səbəbindən hər il 280 000 ürək klapan dəyişdirilir. Tədqiqatın nəticələri aorta daralmasının müalicəsində müxtəlif diaqnostik və terapevtik yanaşma üsullarının işlənib hazırlanmasının zəruriliyini nümayiş etdirdi. Tədqiqatın nəticələri “Acta Biomaterialia” jurnalında nəşr edilmişdir.