sa sa 1748
SARS-CoV-2 virusunda baş verən mutasiyalar onun təkamülü haqqında təsəvvür yaradır May 12, 2020 | 12:18 / Maraqlı məlumatlar

London universitet kollecinin alimləri COVİD 19 xəstəliyinin törədicisi olan SARS-CoV-2-nin genom müxtəlifliyini analiz etmək üçün dünya miqyasında insanları yoluxduran 7500 virusun genomunu skrininq ediblər. Tədqiqat zamanı 198 təkrarlanan mutasiya identifikasiya edilmişdir. Alınan nəticə virusun necə adaptasiya etməsini müəyyən etmək üçün böyük əhəmiyyətə malikdir. İdentifikasiya edilmiş kiçik genetik dəyişikliklər və ya mutasiyalar virus genomu boyunca bərəbər paylanmayıb. Genomun bəzi hissələri çox az mutasiya etdiyindən tədqiqatçılar bu dəyişməyən hissələrin dərman və vaksinlər üçün daha yaxşı hədəf ola biləcəyini düşünürlər. Burada əsas problem ondan ibarətdir ki, virus mutasiya etdiyi üçün vaksin və dərmanlar artıq effektiv olmayacaq. Alimlər inanırlar ki, virusun mutasiya etmə ehtimalı az olan hissələrinə diqqəti yönəltməklə daha perspektivli dərman preparatları işləyib hazırlamaq olar.