sa sa 986
Alimlər parlayan bitki yaradıblar May 13, 2020 | 15:14 / Maraqlı məlumatlar

Rusiya və Avstriya alimləri qaranlıqda parlayan genetik modifikasiya olunmuş bitki yaradıblar. Son 30 ildə bu istiqamətdə çox işlər aparılmışdır. Heyvan və bakteriyaların təbiətdə mövcud olan biolümminisent sistemləri vasitəsilə bitki aləminin nümayəndələrinə lüminisens xassələr vermək cəhdləri olmuşdur. Lakin indiyə qədər bütün həyat tsikli boyunca parlaq işıq verən bitki yaratmaq mümkün olmamışdı.

Alimlər  Neonotopanus nambi göbələyinin işıq verməsi üçün cavabdeh olan geni identifikasiya edərək onun bitkilərin hüceyrə divarının qurulmasında zəruri olan kofeik turşusunun törəməsi olduğunu müəyyən etdilər. Tədqiqatlar nəticəsində iki genetik modifikasiya olunmuş tütün növü Nicotiana tabacumNicotiana benthamiana yaradıldı ki, bu bitkilər stabil, adi gözlə görünə bilən yaşıl işıq şüalandırırlar.