sa sa 2275
Alimlər DNT-nin yeni ikiqat spiral olamayan strukturunu kəşf etdilər + Foto May 11, 2018 | 10:06 / Maraqlı məlumatlar

1953-cü ildə Amerika bioloqu Ceyms Vatson və ingilis fiziki Francis Crick DNT-nin ikiqat spirallı quruluşunu kəşf etdikləri haqda məlumat vermişlər. İndi isə alimlər DNT-nin başqa bir quruluşunu identifikasiya etmişlər. Nature Chemistry jurnalında çap olunan məqalədə Avstraliya alimləri canlı insan hüceyrəsi daxilində ilk dəfə olaraq i-motiv (intercalated motif) adlanan DNT komponentinin təsvirini vermişlər. Bu strukturun forması “bükülmüş düyünə” bənzəyir. İ-motiv, DNT-nin dörd tək zəncirindən əmələ gələn bir “düyün”dür. Düyün quruluşunda, DNT-nin eyni tək zəncirində olan C (sitozin)-lər bir-biri ilə bağlanır, buna görə də bu quruluş, əks zəncirlərdə olan G (quanin) və C (sitozin)-nin bir-biri ilə bağlandığı iki qat zəncir quruluşundan çox fərqlidir, i-motiv əvvəllər in vitro aşkar olsa da, canlı hüceyrələrdə ilk dəfə tapılmışdır. Müşahidə olunmuşdur ki, i-motiv-lər hüceyrə daxilində, müəyyən vaxtlarda meydana gəlir, dağılır və yenidən formalaşır. Bunun onların yerinə yetirdiyi funksiya ilə bağlı olduğu güman olunur. İ-motiv quruluşunun funksiyası hələ tam aydın olmasa da, əldə olunan nəticələrə görə i-motiv əsasən hüceyrənin “həyat fazası”-nın sonlarında, xüsusilə də, DNT-nin fəal şəkildə oxunduğu G1 fazasında meydana gəlir. Buna görə də bu quruluşun, hüceyrənin funksiyasını normal şəkildə yerinə yetirməsi üçün olduqca vacib ola bilər. Bundan əlavə, bu quruluşda baş verən hər hansı bir mutasiya patologiya ilə nəticələnə bilər”.