sa sa 1553
Bitki toxuması mühəndisliyi vasitəsilə bitkinin quraqlığa və şoranlığa davamlılığını artırmaq mümkündür İyl 03, 2020 | 14:13 / Maraqlı məlumatlar

Nevada Universitetnin alimlərinin apardıqları çoxillik təcrübələr nəticəsində sukkulent bitki xassələrinə malik Arabidopsis thaliana bitkisi alınmışdır. Genetik modifikasiya nəticəsində bitkinin sudan istifadə effektivliyi və duza davamlılığı artmış, quraqlığın mənfi təsiri azalmışdır. Su saxlayan toxumaya malik olması bitkinin uzun müddətli quraqlığa davam gətirməsi üçün malik olduğu ən uğurlu adaptasiya mexanizmlərindəndir. Qlobal temperatur artımının müşahidə edildiyi bir dövr üçün bu xüsusi əhəmiyyət kəsb edir. Bu işlə birlikdə digər adaptasiya mexanizminin CAM fotosintezin bitkilərə daxil edilməsi üzərində tədqiqat aparılır. Alimlər genetik modifikasiyalı A. Thaliana bitkisini yaratmışlar. Bu bitkinin hüceyrələrinin böyük olması bitkinin ölçüsünün və yarpağın qalınlığının, su saxlamaq qabiliyyətinin artmasına gətirib çıxarıb. Nəticədə, ağızcıqlar daha az açılır və yarpaqlarda VvCEB1 geninin ifrat ekspressiyası nəticəsində baş verən su itkisi azalır. Daha böyük hüceyrələr malatı gecə saxlamaq üçün böyük vakuollara malik olur və karbon qazının ayrılması və təkrar fiksasiyası üçün (Rubisko fermentinin fəaliyyəti) karbon mənbəyi kimi çıxış edirlər. Sukkulent toxuma isə gün ərzində malatın dekarboksilləşməsi nəticəsində ayrılan karbon qazını saxlayaraq onun Rubisko tərəfindən daha effektiv refiksasiyasını təmin edir. CAM bitkilər gün ərzində ağızcıqları qapalı saxlayır və yalnız gecə açmaqla suyun buxarlanmasını azaltmış olurlar. CAM bitkiləri əhəmiyyətli edən suyu unikal saxlamaq qabiliyyətidir. Alimlər eyni zamanda həm sukkulent toxumaya və həm də fotosintezin CAM yoluna malik kənd təsərrüfatı bitkiləri işləyib hazırlamaq niyyətindədirlər.