sa sa 1976
“Vikipedia” azad ensiklopediyasında yeni məqalələr yaradılıb Sen 30, 2020 | 14:36 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “Virtual Elektron Fəaliyyət Cəmiyyəti”nin əməyi nəticəsində Azərbaycan dilində “Vikipedia” azad ensiklopediyasında bir sıra zəruri məqalələr yaradılıb.

Bu barədə AMEA prezidentinin köməkçisi, “Virtual Elektron Fəaliyyət Cəmiyyəti”nin sədri, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov məlumat verib. Alim və tədqiqatçılar üçün zəruri sayılan ORCID səhifəsi Azərbaycan dilində yaradılıb (https://az.wikipedia.org/wiki/ORCID). Burada alim və tədqiqatçıları bənzərsiz olaraq tanıdan 16 rəqəmli koddan ibarət beynəlxalq sistemin mahiyyəti, faydası və onun necə əldə edilməsi barədə məlumatlar öz əksini tapıb. Həmçinin onun rəsmi saytı göstərilərək azərbaycanlı tədqiqatçı alimlərin ondan necə yararlanacaqları haqqında məlumatlar qeyd olunub.

AMEA-nın Biofizika İnstitutunun direktoru vəzifəsini icra edən, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Qasımov haqqında yaradılıb. (https://az.wikipedia.org/wiki/Oqtay_Qas%C4%B1mov_(professor)).

Yaponiyanın hazırkı baş naziri Yoşihide Suga haqqında məqalə yaradılıb (https://az.wikipedia.org/wiki/Yo%C5%9Fihide_Suga).

Həmçinin iqtisadiyyat sahəsində bir sıra şəxsiyyətlər, eləcə də terminlər haqqında: Bazar (iqtisadiyyat), Bazar quruluşu, Oliqopsoniya, Rəqabət (iqtisadiyyat), Qeyri-mükəmməl rəqabət, Edvard Çemberlin, Mark Blauq, Asyento, Dövlət inhisarı, Cənub dənizlər şirkəti, Ferdinando Qaliani, Rudolf Hilferdinq, Xarici təsir, Ətraf mühitin iqtisadiyyatı, Milli iqtisadi tədqiqatlar bürosu, Faiz dərəcəsi, Adaptiv gözləntilər, Rasional gözləntilər və Hiperinflyasiya mövzularında əməkdaşımız Nuray Tanrıverdiyeva tərəfindən məqalələr hazırlanıb və yaradılıb:

https://az.wikipedia.org/wiki/Bazar_%28iqtisadiyyat%29

https://az.wikipedia.org/wiki/Bazar_qurulu%C5%9Fu

https://az.wikipedia.org/wiki/Oliqopsoniya

https://az.wikipedia.org/wiki/R%C9%99qab%C9%99t_%28iqtisadiyyat%29

https://az.wikipedia.org/wiki/Edvard_%C3%87emberlin

https://az.wikipedia.org/wiki/Mark_Blauq

https://az.wikipedia.org/wiki/Asyento

https://az.wikipedia.org/wiki/D%C3%B6vl%C9%99t_inhisar%C4%B1

https://az.wikipedia.org/wiki/Ferdinando_Qaliani

https://az.wikipedia.org/wiki/Rudolf_Hilferdinq

https://az.wikipedia.org/wiki/Xarici_t%C9%99sir

https://az.wikipedia.org/wiki/%C6%8Ftraf_m%C3%BChitin_iqtisadiyyat%C4%B1

https://az.wikipedia.org/wiki/Milli_iqtisadi_t%C9%99dqiqatlar_b%C3%BCrosu

https://az.wikipedia.org/wiki/Faiz_d%C9%99r%C9%99c%C9%99si

https://az.wikipedia.org/wiki/Adaptiv_g%C3%B6zl%C9%99ntil%C9%99r

https://az.wikipedia.org/wiki/Rasional_g%C3%B6zl%C9%99ntil%C9%99r

https://az.wikipedia.org/wiki/Hiperinflyasiya

Qeyd edək ki, “Virtual Elektron Fəaliyyət Cəmiyyəti”nin əsas istiqamətləri Azərbaycanın zəngin mədəni və elmi irsininin təbliği və dünyaya çatdırılmasıdır. Bununla əlaqədar olaraq  bir sıra məqalələrin xarici dillərə tərcümə edilərək “Vikipedia”nın xarici dillər bölmələrinə yerləşdirilməsi nəzərdə tutulur.

science.gov.az