Ana səhifəElanlar sa sa 302
YUNESKO İştirak Proqramı elan edir Apr 03, 2018 | 10:00

        YUNESKO tərəfindən  üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2018-2019-cu illər üçün İştirak Proqramı elan edilmişdir. Proqrama əsasən üzv dövlətlər tərəfindən milli, regional və subregional əsasda yeni layihələrin irəli sürülməsi nəzərdə tutulur.
       Hər bir üzv ölkə İştirak Proqramına YUNESKO-nun mandatına və səlahiyyətinə uyğun gələn 7 layihə təqdim edə bilər. Üzv dövlətlərin təqdim edəcəkləri layihələr YUNESKO-nun 39 C/5 və 39 C/6 sənədləri ilə müəyyən edilmiş prioritetlərə, eləcə də təşkilatın qlobal prioritetlərindən olan Afrika və gender bərabərliyinə diqqət yetirməyə dəvət olunurlar. Proqram çərçivəsində milli layihələrə 26,000 ABŞ dolları, subregional və regionlararası layihələrə 28,000 ABŞ dolları, regional layihələrə 38,000 ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.
       Layihələr YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən YUNESKO-ya təqdim edilir. Bu məqsədlə layihələrin formalar üzrə (əlavə edilir) hazırlanaraq 10 iyun 2018-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməyiniz xahiş edilir.

                                 Qoşma: 18 vərəq

                                 Hörmətlə,

                                 AMEA Rəyasət Heyəti aparatı
                                 Beynəlxalq əlaqələr idarəsinin rəsis,
                                 biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva