Ana səhifəElanlar sa sa 236
9-cu “Davamlı inkişaf üçün fotosintez və hidrogen enerji tədqiqatı” konfransı keçiriləcək Okt 22, 2018 | 10:29

Xüsusi görüş professor Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.

Konfransın keçirilməsində məqsəd  tanınmış alim, ictimai xadim akademik Cəlal Əliyevin xatirəsinin yad edilməsi və nailiyyətlərinin konfrans iştirakçılarının diqqətinə çatdırılmasıdır.

Akademik Cəlal Əliyevin  elmi fəaliyyəti kənd təsərrüfatı bitkilərinin, əsasən, buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunmuşdur. O fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq etmişdir. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə etmişdir

17-18 dekabr, 2018-ci il

   Bakı, Azərbaycan

 

Təşkilatçılar:

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Ünvan:

 Elmlər Akademiyası, əsas binanın dairəvi zalı

Hüseyn Cavid pr.115

Bakı AZ1143

Akademiya şəhərciyi

Azərbaycan

Əlaqə: (+994 12) 510 52 30