Ana səhifəElanlar sa sa 115
“Fundamental və tətbiqi elmlərinin (təbiət elmləri) müasir problemlərinin həllində multidissiplinar yanaşma”mövzusunda ikinci beynəlxalq elmi konfrans keçiriləcək Noy 05, 2019 | 15:16
Gənc alim və mütəxəssislərin ikinci beynəlxalq elmi konfrası öz işinə başlayır
Gələn ilin mart ayında AMEA-nın Gənc Alim və Mütxəssislər Şurasının təşkilatçılığı ilə paytaxt Bakıda gənc alim və tələbələrin “Fundamental və tətbiqi elmlərinin (təbiət elmləri) müasir problemlərinin həllində multidissiplinar yanaşma”mövzusunda ikinci beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur. Tədbirin mövzusu ilə əlaqədar 6 panel üzrə gənc tədqiqatçıların elmi nəticələrinin təqdimatını hədəfləyən konfransda, həmçinin orta məktəblərdə araşdırmalar aparan məktəblilər də “Elmdə ilk addımlar”  adlı əlavə paneldə əldə etdiklərin elmi yenilikləri nümayiş edə bilərlər.
İlk dəfə 2014-cü ildə təşkil olunan ənənəvi beynəlxalq konfransın maliyyə dəstəkçisi SOCAR-ın Elm Fondudur. Konfransa müraciət etmək arzusunda olan gənc tədqiqatçılar (40 yaşadək) və orta məktəb şagirdləri aşağıdakı panellərə uyğun mövzular üzrə tezislərini 01 fevral 2020-ci il tarixinə qədər https://sites.google.com/view/2mic/home saytındakı registrasiya bölməsindən qeydiyyatdan keçərək göndərə bilər.
Konfransın panel mövzuları:
 

 

  •  İntellektual sistemlər və texnologiyalar
  •  Molekulyar biotexnologiya və gen mühəndisliyi
  •  Riyaziyyatın nəzəri və tətbiqi problemləri
  •  Nanotexnologiya və materialşünaslıq
  •  Tətbiqi kristollaqrafiya və yeni materiallar
  •  Xəzər dənizinin elmi və nəzəri multidissiplinar problemləri
  •  Elmdə ilk addım (şagirdlər üçün xüsusi bölmə)