Ana səhifəElanlar sa sa 468
Ətraf mühitin problemlərinə həsr olunan konfrans keçiriləcək Fev 27, 2020 | 11:38

Martın 30-da AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

“Elm Günü”nə həsr olunacaq konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini mart ayının 27-dək  təşkilat komitəsinə göndərməlidir.

Tədbir barədə ətraflı məlumatı institutun saytından əldə etmək olar.

Ünvan: AZ1073, Bakı şəh., M.Rahim küçəsi 5

Tel. (+994 55) 882 89 82

E-mail: elmikonfrans2020@gmail.com

www.science.gov.az