sa sa 2087
Fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilmişdir + Foto Fev 18, 2019 | 16:00 / Mühüm hadisələr

18 fevral 2019-cu il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilmişdir. Hazırda İnstitutda elmlər doktoru hazırlığı üzrə 2 doktorant və 10 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 12 doktorant və 14 dissertant elmi-tədqiqat işləri üzərində çalışır. İnstitutun direktoru akademik İradə Hüseynovanın 08 fevral 2019-cu il tarixli əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında doktorant və dissertantlar 2018-ci il ərzində yerınə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat vermis, fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfrans və təcrübəkeçmələrdə iştirak, çap işləri müzakirə edilmişdir. Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş doktorant və dissertantların növbəti ildə təhsillərini davam etdirməsi tövsiyə olunmuşdur.