sa sa 294
İnstitutun elmi işçisi İtaliyada ezamiyyətdə olmuşdur. + Foto Mart 06, 2019 | 10:48 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi Səmra Mirzəyeva 23.02.2019-03.03.2019 tarixlərində İtaliya Milli Tədqiqat Şurasının (CNR) Davamlı Bitki Mühafizəsi İnstitutunun (İPSP) Turində yerləşən baş ofisində (əvvəlki Bitki Virusologiyası İnstitutu) və həmin institutun Florensiya bölməsində (əvvəlki Bitki Müdafiəsi İnstitutu) elmi ezamiyyətdə olmuşdur.  Səfər zamanı, S. Mirzəyeva İtaliya Milli Tədqiqat Şurasının Davamlı Bitki Mühafizəsi İnstitutunun prezidenti və direktoru Dr.  Gian Paolo Accotto,  alimlər Carra Andrea Massimo, Laura Miozzi, Emanuela Noris, Turina Massimo və Florensiya bölməsinin professoru Bianca Elena Maserti və Paola Bartolini ilə görüşmüşdür. Səfərin məqsədi AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və İtaliya Milli Tədqiqat Şurasının (CNR) Davamlı Bitki Mühafizə İnstitutları (İPSP) arasında elmi əməkdaşlıq zəminində 5 illik razılığın imzalanması, gələcək müştərək qrant layihələrində iştirak, təcrübə mübadiləsinin, MBBİ ilə İPSP arasında elmi əməkdaşlıq imkanları haqqında müzakirələrin aparılması olmuşdur.

Ezamiyyət müddətində, Səmra Mirzəyeva Davamlı Bitki Mühafizəsi İnstitutunun xüsusi olaraq təşkil etmiş olduğu seminarda AMEA MBBİ-nin və Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin yaranması və əsas tədqiqat istiqamətləri, həmçinin, Bioadaptasiya laboratoriyasının elmi işçiləri haqqında məlumat vermişdir.  S. Mirzəyevanın “Azərbaycanda yetişən tomat bitkisinin əsas viruslarının molekulyar metodlarla təyini” mövzusunda təqdimatı seminar iştirakçılarının böyük marağına səbəb olmuşdur.