sa sa 279
Magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilmişdir + Foto May 21, 2019 | 20:44 / Mühüm hadisələr

21 may 2019-cu il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 5 və bu institutda dissertasiya işlərini yerinə yetirən Azərbaycan Dövlət Aqrar Universitetinin 4 nəfərdən ibarət 2-ci kurs magistrantlarının dissertasiya mövzularının ilkin müzakirəsi keçirilmişdir. Molekulyar biologiya, biotexnologiya və biokimya ixtisasları üzrə tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirmiş və elmi-tədqiqat işini uğurla başa çatdırmış magistrantlar dissertasiya işlərinin əsas müddəalarını təqdim etmişlər. Hər bir magistrantın işi ətraflı müzakirə edilmiş və qiymətləndirilmişdir. Magistrantların dissertasiya işlərinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən magistr dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini nəzərə alaraq yekun müdafiə üçün magistr dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuraya tövsiyyə edilmişdir.