sa sa 76
İnstitutun əməkdaşları Sankt Peterburqda keçirilən beynəlxalq konfransda iştirak ediblər + Foto İyl 01, 2019 | 10:00 / Konfranslar, iclaslar

İyunun 23-dən 28-nə kimi Rusiya Federasiyasının Sankt Peterburq şəhərində “Davamlı İnkişaf üçün fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda 10-cu beynəlxalq konfrans keçirildi. Konfransda Avstraliya, Avstriya, Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Almaniya, İsrail, Belarusiya, Ukrayna, İran, Yaponiya, Rusiya və s. ölkələrdən 200-dən çox alim iştirak edirdi. Konfrans iştirakçıları fotosintez və hidrogen enerjisi, süni fotosintez və nanotexnologiyalar üzrə fundamental və tətbiqi aspektdə aparılan tədqiqatlar ilə tanış olmaq imkanı əldə etdilər. Bu görüş müxtəlif ölkələrdən olan tələbələr, aspirantlar və  alimlər üçün professional əlaqələr yaratmaq və əməkdaşlıq üçün yeni imkanlar açdı. Konfransda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu Karbonun Fotosintetik Assimilyasiyası laboratoriyasının müdiri, b.e.d. Şahniyar Bayramov, Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova və Biokimya ixtisası üzrə birinci kurs magistrantı Leyla Xəlilova təmsil etmişlər. Əməkdaşlarımızın təqdim etdikləri posterlər böyük maraqla qarşılandı.