sa sa 1874
Bilik günü münsaibətilə görkəmli alim Cəlal Əliyevin məzarı ziyarət olundu + Foto Sen 16, 2019 | 15:34 / Mühüm hadisələr

Sentyabrın 16-sı Bilik günü münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi, 1-ci və 2-ci kurs magistrantları institutun yaradıcısı, böyük alim akademik Cəlal Əliyevin xatirəsini yad etmək üçün fəxri xiyabanda toplandılar. Akademiklə uzun illlər bir yerdə çalışmış və onu yaxından tanıyanlar və akademikin tələbələri alimin məzarını ziyarət etdilər. Akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvi Novruz Quliyev, b.e.d. Eldar Novruzov  onun yüksək insani keyfiyyətlərindən, zəngin mənəviyyatından, elmdəki misilsiz xidmətlərindən bəhs etdilər, yaratdığı institutun gənc əməkdaşlarının böyük alimin məktəbini uğurla davam etdirdiklərini bildirdilər. Ziyarətçilər alimin məzarı önünə gül dəstələri qoydular və ruhuna dualar oxudular.