sa sa 89
Azərbaycanlı alimlər Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının iclasında iştirak ediblər + Foto Okt 01, 2019 | 14:45 / Konfranslar, iclaslar

Tacikistanın paytaxtı Düşənbə şəhərində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) 32-ci iclası keçirilib.

İclası BEAA-nın rəhbəri, akademik Vladimir Qusakov açaraq qurumun fəaliyyəti haqqında məlumat verib.

Daha sonra tədbirdə 2019-2021-ci illər üçün iş planı və 2030-cu ilədək inkişaf bəyannaməsi müzakirə edilib. Bundan əlavə, Monqolustan Elmlər Akademiyasının tam hüquqlu, Heilongjiang və Shandong əyalətlərinin məhdud hüquqlu üzv kimi BEAA-ya daxil olması kimi bir sıra vacib məsələlərə baxılıb.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin MDB ölkələri ilə əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov BEAA-nın təşkilati və texniki şurasının üzvlərinin iclasında iştirak edib, üzv ölkələrin elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparıb.

Tədbir çərçivəsində “Gənc alimlərin elm, innovasiyalar və texnologiyaların inkişafında rolu” mövzusunda keçirilən konfransda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc alimi Aytən Ağayeva AMEA-nın elmi fəaliyyəti və son illər əldə olunan nailiyyətləri, həmçinin Gənc Alim və Mütəxəssislər Şurası haqqında ətraflı məlumat verib.

www.science.gov.az