sa sa 1934
Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı qış imtahan sessiyası davam edir + Foto Dek 20, 2019 | 20:36 / İmtahanlar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı qış imtahan sessiyası davam edir2014-2018-ci illərdə ABŞ-da Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində tədqiqat aparan doktorant Aytən Ağayeva (elmi rəhbər: akademik İradə Hüseynova) bu gün “Molekulyar biologiya” ixtisası üzrə imtahan verib.

İmtahanın keçirilməsi üçün yaradılmış  komissiyanın sədri institutun direktoru, akademik İradə Hüseynova, üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, b.ü.f.d., dosent Ələmdar Məmmədov, b.ü.f.d. Zərifə Süleymanova və Təhsil şöbəsinin müdiri b.ü.f.d., dosent Samirə Rüstəmovadır.

İmtahan uğurla başa çatıb.