sa sa 157
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib + Foto Fev 25, 2020 | 14:48 / Mühüm hadisələr

25 fevral 2020-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2019-cu il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Biokimya” və “Biotexnologiya” ixtisaslarından doktoranturaya qəbul imtahanı keçirilib. Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda hər bir ixtisas üzrə imtahan komissiyaları yaradılıb. Komissiyaların sədri institutun direktoru, akademik İradə Hüseynova, “Biokimya” ixtisası üzrə komissiyanın üzvləri – professor Səftər Süleymanov, biologiya üzrə elmlər doktorları Şahniyar Bayramov, Həsən Babayev və İnstitutun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova, “Biotexnologiya” ixtisası üzrə komissiyanın üzvləri - biologiya üzrə elmlər doktoru Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları, dosentlər Sədaqət Əsədova, Mahirə Məmmədova və Samirə Rüstəmovadır. İmtahan Komissiyası “Biokimya” ixtisası üzrə iddiaçı Sevinc Musayevanın imtahan nəticəsini 88 balla “əla”, “Biotexnologiya” ixtisası üzrə iddiaçı Aytən Əliyevanın imtahan nəticəsini 72 balla “yaxşı” qiymətləndirib.