sa sa 1765
MBBİ-nin gənc mütəxəssisi Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub May 15, 2020 | 11:11 / Mühüm hadisələr

MBBİ-nin magistraturasının məzunu, Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqova Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub. Onun Gent Universitetinin Tətbiqi in vitro Bitki Biotexnologiyası laboratotiyasında “Bitkilərdə kök və meristem hüceyrələrin in vitro regenerasiyası üçün yeni üsullar” mövzusunda tədqiqat işi aparması planlaşdırılıb.

E. Sadıqova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanıb.