Azərbaycan Respublikasında elmin inkişafına dövlətin xüsusi qayğısını rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu” neft-qaz, neft-kimya və onunla əlaqədar digər sahələr üzrə Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra AMEA) və ya AMEA ilə əməkdaşlıq edən elmi-tədqiqat və tədris müəssisələrində çalışan alimlərin və müvəqqəti yaradılmış yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə 2023-cü il üçün müsabiqə elan edir:
- Yer elmləri;
- Texnika elmləri;
- Kimya elmləri.
- Neft-qaz yataqlarının neftveriminin artırılması;
- İşlənmədə olan yataqlarda, istismar şəraitindən, dərinlikdən, sulaşma faizindən, hasilat səviyyəsindən və digər geoloji, texnoloji və iqtisadi amillərdən asılı olaraq quyuların istismarının rentabellik həddinin təyin edilməsi;
- Yeraltı qaz anbarların istismarının xüsusiyyətləri, laylar daxili və laylar arası itkilərin azaldılması üçün texnoloji proseslərin təkmilləşdirilməsi;
- Neft-qaz yataqların xüsusiyyətlərini nəzərə alınmaqla işlənmə proseslərində baş verə biləcək risklər, onları yaradan amillər və təsirin azaldılmasına dair tədbirlər;
- Nanotexnologiyaların tətqiqi və tədbiqi ilə neft sənayesində olan problemlərin həllinə yönəlmiş tədbirlər;- Alternativ enerji və yaşıl energetika;
- Qeyri-struktur tipli tələlərin aşkarlanma və öyrənilmə metodikasının işlənməsi;
- Neft quyularında parafin, qətran, asfalten və qum çökmə problemləri;
- Neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların tətbiqi;
- Quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robototexnikadan istifadə;
- Neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıq parkının yaradılması;
- Neft-qaz kompleksində informasiya kommunikasiya texnologiyalarının tətbiqi problemləri;
- Neft-qaz sənayesində intellektual mexatron sistemlər;
- Neft-qaz hasilatının optimallaşdırılmasında kompüter proqram təminatı;
- Kiçik dərinliklər geofizikasının geoloji və arxeoloji aspektləri;
- Neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit;
- Heydər Əliyev və neft erası – neft strategiyası;
- Neft-qaz və neft-kimya sənayesinin tarixi və inkişaf mərhələləri;
- Ədəbiyyatda neft mövzusu;
- İncəsənətdə neftçi obrazları.
- Fondun İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər;
- layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız iki layihə üzrə müsabiqədə iştirak edə bilər: bir layihə üzrə layihə rəhbəri, digər layihə üzrə isə icraçı qismində müsabiqədə iştirak etmək olar;
- layihə rəhbəri və icraçılar müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA ilə, Akademiyanın elmi bölmələrinin əhatə etdiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi tədqiqat institutları ilə və ya SOCAR-la əmək münasibətində olmalıdır;
- müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda;
- digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə;
- layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə;
- tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmayan layihə təqdim edildikdə.
- məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən layihə barədə ümumi məlumatlar (Forma 2);
- layihənin xərclər smetası (Forma 3);
- layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);
- layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti.
SOCAR-ın Elm Fondunun İdarə Heyəti