Ana səhifəHesablama struktur biologiyası laboratoriyası sa sa

Struktur bölmənin adı:

Hesablama struktur biologiyası laboratoriyası

Tel.:

(+994 12) 538 1164

Faks:

(+994 12) 510 24 33 

Elektron poçtu:

compstrucbiolab@imbb.science.az

Struktur bölmənin rəhbəri:

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru., proessor Qərib Novruz oğlu Mürşüdov

Əməkdaşları:

elmi işçi Kave Həsən oğlu Babai

kiçik elmi işçi Humay Mübariz qızı Məmmədli

mühəndis-proqramçı Lalə İbadulla qızı İbadullayeva     

Əsas fəaliyyət istiqamətləri:

Riyazi, statistik və müasir hesablama üsullarının struktur biologiyası eksperimentlərinə tətbiqi və bu eksperimentlərdən biologiyaya aid etibarlı informasiyaların alınması.

 

Əsas elmi nəticələr

    • Nöqtəvi atom ətrafında elektron sıxlığının pik qiymətləri nisbətindən istifadə etməklə zülal quruluşlarında yanlış yerləşdirilmiş və ağır atomların aşkarlanması alqoritmi işlənilib hazırlanmışdır;
    • İlk dəfə olaraq tərs qamma paylanmasına gözləntilərin maksimallaşdırılması alqoritmi tətbiq etməklə, eyni bir zülal molekulu daxilində temperatur faktorunun ehtimal paylanma qarışıqlarının statistik analizinin aparılmasına imkan verən metod yaradılmışdır. Alqoritmlər ToBvalid proqram təminatının daxili modulları kimi tətbiq edilmişdir;
    • İzotropik temperatur faktorunun statistik analiz modeli qurulmuş və onun əsasında zülal quruluşlarının validasiya metodu işlənilib hazırlanmışdır. Metod proqram təminatı şəklində CCP4 (http://www.ccp4.ac.uk/) sisteminə yerləşdirilmiş və Coot (https://www2.mrc-lmb.cam.ac.uk/personal/pemsley/coot/) proqramının tərkib hissəsi kimi uyğunlaşdırılaraq Struktur Biologiyası cəmiyyətinin istifadəsinə verilmişdir;
    Mak­ro­mo­le­kul­yar qu­ru­luş mo­del­lə­ri­nin va­li­da­si­ya­sı üçün­ atom yerdəyiş­mə pa­ra­metr­lə­ri­nin (AYP) ana­liz­lə­ri­nə əsas­la­nan ye­ni me­tod hazır­lan­mış və bu va­li­da­si­ya me­to­du Python proq­ra­mı və ki­tab­xa­na­sı şək­lin­də açıq li­sen­zi­ya ilə is­ti­fa­də­yə ve­ril­miş­dir. https://git­hub.com/ToB­va­lid/tob­va­lid/blob/mas­ter/doc/User_Gui­de.pdf