Ana səhifəMolekulyar biotexnologiya laboratoriyası sa sa

Struktur bölmənin adı:

Molekulyar Biotexnologiya laboratoriyası

Tel.:

(+994 12) 538 11 64

Faks:

(+994 12) 510 24 33

Elektron poçtu:

molecbiotechlab@imbb.science.az

Struktur bölmənin rəhbəri:

 Vidadi Məmmədağa oğlu Yusibov

Əməkdaşları:

b.ü.f.d. böyük elmi işçi Aytən Qabil qızı Ağayeva

kiçik elmi işçi Günel Təvəkkül qızı Yusifova 

kiçik elmi işçi Aygün Mustafazadə

Əsas fəaliyyət istiqamətləri:

Molekulyar və hüceyrə biotexnologiyası yolu ilə insan sağlamlığı və kənd təsərrüfatı üçün mühüm olan vaksin və antibiotiklərin işlənib hazırlanması.

Əsas elmi nəticələri:

 

  • İlk dəfə olaraq Azərbaycanın neftlə çirklənmiş torpaqlarının mikrofaunası antimikrob fəallıq üçün təhlil edilmiş, Staphylococcus aureus, Enterococcus faecalisAcinetobacter baumannii kimi təhlükəli qrammüsbət və qrammənfi patogenlərə qarşı yüksək və stabil aktivliyə malik AZ-130 ştamı aşkar edilmiş və həmin ştamın sintez etdiyi AZ-130 antibakterial biomolekulun yüksək və stabil fəallığı MİC (minimal ingibirləşdirici qatılıq) dəyərlərinin müəyyən edilməsi metodu ilə təsdiq edilmişdir;
  • İlk dəfə olaraq, Azərbaycanın neftlə çirklənmiş torpaqlarından ayrılmış ştamlar əsasında bakteriya kolleksiyası yaradılmış və antimikrob fəallıqları analiz edilmişdir. Ayrılmış bakteriya kulturalarından supernatantda yüksək və stabil fəallığa malik olan AZ-130 ştamı 16S rRNT geninin sekvensi əsasında Bacillus vallismortis kimi identifikasiya edilmişdir. AZ-130 ştamının supernatantının YEMX analizi təsdiq etmişdir ki, bu ştam antibakterial fəallığa malik və YEMX sütununda saxlama müddəti (Rt) 12,854 dəqiqə təşkil edən 1 birləşmə sintez edir. APD3 Verilənlər Bazasında aparılan axtarışlar göstərmişdir ki, hazırda vallismortis bakteriyası tərəfindən sintez olunan və molekul kütləsi 3319,6 Daltona bərabər olan məlum antimikrob birləşmə yoxdur, bu da əldə edilmiş preparatın ümumilikdə elm üçün yeni olduğunu təsdiqləyir.