| Struktur bölmənin adı: | Bionanotexnologiya laboratoriyası |
| Tel.: | (+994 12) 538 11 64 |
| Faks: | (+994 12) 510 24 33 |
| Elektron poçtu: | bionanotechlab@imbb.science.az |
| Struktur bölmənin rəhbəri: | Biologiya elmləri doktoru Süleyman İfxan oğlu Allahverdiyev |
| Əməkdaşları: | kiçik elmi işçi Nuranə Cəbrayıl qızı Paşayeva kiçik elmi işçi Mehriban Sakit qızı Şabanova kiçik elmi işçi Natella Məmməd qızı Əliyeva |
| Əsas fəaliyyət istiqamətləri: | Alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin alınması üçün bionanotexnologiya sahəsində yeni istiqamət olan və təbii fotosintez prosesinə əsaslanan süni fotosensiblizatorlardan, katalizatorlardan və kompozitlərdən istifadə etməklə süni fotosintez sisteminin yaradılması problemləri. |
| Əsas elmi nəticələri: | - Bitkilərdən ekstraksiya olunmuş fotosintetik komplekslərdən fotosensibilizator kimi istifadə edilməklə, TiO2 əsaslı günəş batаreyaları hazırlanaraq elektik cərəyanı əldə edilmiş və onların elektrokimyəvi xassələri müqayisəli öyrənilmişdir;
- Cu əsaslı yeni [CuL2]Br2 (L=bis{4H-1,3,5-triazino[2,1-b]benzotiazol-2-amin,4-(2-imidazol)}mis(II))-brom metalüzvü kompleksi dizayn və sintez olunaraq, bitkilərin tilakoid membranlarında FSII-nin fəallığına təsir mexanizmi tədqiq edilmiş, yeni agentin təsir saytının FSII kompleksinin reaksiya mərkəzi olması qənaətinə gəlinmişdir;
- 2-ci fotosistemdə (FS II) suyun oksidləşməsində iştirak edən katalizator modeli olaraq tərkibində poli-L-tirozin polipeptidi və Mn oksidi saxlayan nanokompozit (polipeptid/Mn-oksid) sintez edilmişdir. Müəyyən edilmişdir ki, nanokompozitin tərkibindəki poli-L-tirozin Mn-oksidin kataliz etdiyi reaksiya zamanı gərginliyin azaldılmasında əhəmiyyətli rol oynayır;
- Fe-Ni ərintisindən istifadə etməklə suyun oksidləşməsini həyata keçirən effektiv və stabil elektrod işlənib hazırlanmış və tədqiq edilmişdir. Göstərilmişdir ki, ərinti səthinin yüksək potensialın təsiri altında emalı elektrodun suyun oksidləşməsində katalizator kimi istifadəsinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
|