| Struktur bölmənin adı: | Proteomiks laboratoriyası |
| Tel.: | (+994 12) 538 11 64 |
| Faks: | (+994 12) 510 24 33 |
| Elektron poçtu: | proteomikslab@imbb.science.az |
| Struktur bölmənin rəhbəri: | |
| Əməkdaşları: | b.ü.f.d., böyük elmi işçi Aynurə Nağı qızı Paşayeva kiçik elmi işçi Gülşad Elşad qızı Muradova kiçik elmi işçi Nihal Vəfa qızı Mustafayeva kiçik elmi işçi Xuraman Firdovsi qızı Səfərova |
| Əsas fəaliyyət istiqamətləri: | - Canlı orqanizmlərdə ekspressiya olunmuş zülalların (proteomun) öyrənilməsi;
- Bitkilərdə böyümə, inkişaf, stres amillərinə reaksiya və ətraf mühitlə qarşılıqlı əlaqə kimi müxtəlif bioloji proseslərin aydınlaşdırılması üçün zülalların identifikasiyası, kəmiyyətinin müəyyən edilməsi və təhlili.
|
| Əsas elmi nəticələri: | - STN8 zülalına malik olmayan düyü bitkisində (Osstn8 KO mutant) yaranan superoksid radikalının yüksək intensivlikli işığa qarşı müdafiəedici rol oynaması, bitkilərin patogenlərə qarşı davamlılığının artırması, FS II-nin reaksiya mərkəzini və onun ətrafında olan zülalları zədələyərək bitkilərin aşağı temperatura adaptasiaysını əngəlləməsi müəyyən edilmişdir;
- Fosfoproteom yanaşmadan istifadə etməklə düyü bitkisində xlorofil flüoresensiyasının enerjidən asılı sönməsində (qE) tilakoid zülallarının fosforlaşmasının rolu aydınlaşdırılmış, PsbS, FSII və İTKII zülalları və onların fosforlaşmış formaları arasında işıqdan asılı qarşılıqlı təsirlər aşkar edilmişdir;
- Dənli bitkilərin tilakoid membranlarında zülallarının fosforlaşmasının xlorofil flüoresensiyasının enerjidən asılı sönməsində rolu aydınlaşdırılmışdır;
- İlk dəfə olaraq, yerli yumşaq buğda sortlarında qaranlığa uyğunlaşma və işığın təsirindən sonra qeyri-fotokimyəvi sönmənin induksiya və relaksasiyasının müqayisəli kinetikası verilmişdir;
- FSII ilə zəngin tilakoid membranı fraqmentlərindən istifadə etməklə düyü bitkisində PsbS zülalının lokalizasiyası müəyyən edilmişdir.
|