Ana səhifəMagistratura sa sa

AMEA-nın elmi-tədqiqat institutları nəzdində ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlığına 2015-ci ildən başlanılıb. Həmin ildə  Milli Elmlər Akademiyasının institutlarına 9 ixtisas üzrə 19 nəfər magistrant qəbul edilmişdir ki, onlardan 4 nəfəri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk məzunları oldu. Bu gün məzunlarımızın sayı 29-dur. Hal-hazırda birinci kursda 10, ikinci kursda isə 6 nəfər magistrant təhsillərinə uğurla davam edirlər. Məzunlarımızın AMEA-da öz fəaliyyətlərini davam etdirmələri və dünya elminə intyeqrasiyaları üçün bütün imkanlar yaradılır.

2017-2018-ci tədris ilindən başlayaraq 3 ixtisas üzrə qəbul həyata keçirilmişdir: "Molekulyar biologiya" – 2 nəfər, "Biotexnologiya" – 2 nəfər, "Biokimya" – 2 nəfər tələbə qəbul olmuşdur. 2018/2019-cu tədrisili üzrə AMEA Molekulyar Biologiya və  Biotexnologiyalarİnstitutunun magistraturasına rus bölməsi üzrə də qəbul həyata keçirilmişdir: “Molekulyar biologiya” ixtisası Azərbaycan bölməsi üzrə 3 nəfər, rus bölməsi üzrə 1 nəfər, “Biokimya” ixtisası üzrə 2 nəfər magistr daxil olmuşdur.

İnstitutda tədris olunan ixtisas fənləri aşağıdakılardır:

MOLEKULYAR BİOLOGİYA:

Biologiyanın tarixi və metodologiyası
Genetik məlumatın ekspressiyasının tənzimlənməmexanizmləri
Biologiyanın müasir problemləri
Fotosintezin molekulyar biologiyası
Molekulyar enzimologiya və membranologiya
Mutagenez və reparasiya
Bioinformatika
Molekulyar fitopatologiya
Genomiks
Biomolekulyar spektroskopiya
Molekulyar biologiyanın tədqiqat üsulları
Bioloji siqnalların ötürülməsinin molekulyar mexanizmləri 
Gen və zülal mühəndisliyi
Proteomiks
Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmləri
Struktur biologiyanın üsulları

BİOTEXNOLOGİYA:

Biologiyanın tarixi və metodologiyası
Genetik məlumatın ekspressiyasının tənzimlənmə mexanizmləri
Biologiyanın müasir problemləri
Bitki biotexnologiyası
Mikrobioloji biotexnologiya
Qida biotexnologiyası
Biotexnologiya və biomüxtəliflik
Sənaye biotexnologiyası
Tibbi biotexnologiya
Bitkilərin hüceyrə mühəndisliyi
Ətraf mühit biotexnologiyası
Prokariotların molekulyar biotexnologiyası
Heyvan biotexnologiyası
Mühəndislik enzimologiyası

BİOKİMYA:

Metabolitlərin biotexnologiyası
Bionanotexnologiya
Biologiyanın tarixi və metodologiyası
Genetik məlumatın ekspressiyasının tənzimlənmə mexanizmləri
Biologiyanın müasir problemləri
Zülalların sintezi, yığılması və deqradasiyası
Zülalların quruluşu və funksiyaları
Molekulyar immunologiya
Metobolizmin əsasları
Bioenergetika
Tibbi biokimya
Biomolekulyar spektroskopiya
Müasir biokimya
Makromolekulların membranlardan daşınması
Fotosintezin biokimyası
Enzimologiya
Stresin biokimyası
Metabolomiks

 

Məzunlar:

Dərslər:

 Elmi tədqiqatlar:

Mükafatlar

Proqramlar

Sillabuslar