sa sa 1567
Bioadaptasiya laboratoriyasının elmi işçiləri KT Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyədə olublar. + Foto Dek 07, 2020 | 12:49 / Ezamiyyətlər

02-04.12.2020-ci il tarixlərində Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi T.İ.Allahverdiyev, elmi işçliər Lalə Aydınlı və Turanə İsgəndərova KT Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyədə olmuşlar. 2020-ci ildə Beynəlxalq Seleksiya Mərkəzləri-CIMMYT və ICARDA-dan introduksiya olunmuş yazlıq yumşaq buğda pitomnikləri üzərində və uzun illər əlverişli morfofizioloji, aqronomik əlamətlərə görə aparılan seleksiya nəticəsində yaradılmış sortlardan ibarət Müsabiqəli Sort Sınağı və perspektiv nümunələrdən ibarət Nəzarət Pitomnikində bərk və yumşaq buğdalar üzərində fenoloji müşahidələr aparılmışdır. Payız kollanması fazasında olan buğda genotiplərinin inkişaf xüsusiyyətləri tədqiq edilmişdir.