sa sa 1089
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çapa qəbul olunub Okt 06, 2021 | 11:34 / Nəşrlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin əməkdaşları Aytən Ağayeva, Stephen Streatfield və İradə Hüseynovanın birgə tədqiqat işinin nəticələrinin əks olunduğu “AZ-130 Strain from Oil-contaminated Soil of Azerbaijan: Isolation, Antibacterial Screening, and Optimization of Cultivation Conditions” adlı məqalə Springer nəşriyyatı tərəfindən dərc edilən və Web of Science, Scopus və RSCİ bazalarında indeksləşən nüfuzlu “Microbiology” jurnalında çapa qəbul edilib. Jurnalın impakt faktoru 1,156-dır. Məqalə Azərbaycanın neftlə çirklənmiş torpaqlarından AZ-130 ştammının izolyasiyası, antibakterial fəallığı və antibakterial birləşmənin yüksək miqdarda sintezi üçün ştammın qida mühitinin optimallaşdırılmasına həsr edilib. Eyni zamanda AZ-130 ştammda sintez olunan birləşmələrin ştammdan toplanmış supernatant HPLC metodu vasitəsilə analiz edilmişdir. AZ-130 ştammının göstərdiyi güclü antibakterial fəallığın bir molekul tərəfindən təmin edildiyi müəyyən edilmişdir.