sa sa 1727
Tarantula zəhərində olan molekullar opioid ağrıkəsicilərinə alternativ olaraq xroniki ağrıkəsici kimi istifadə oluna bilər Apr 17, 2020 | 15:16 / Maraqlı məlumatlar

Kvinslend Universitetinin alimləri tarantula zəhərindən yeni mini-zülal işləyib hazırlamışlar. Dərmana qarşı asılılıq yaratmayan bu zülal güclü ağrı zamanı istifadə oluna bilər. Kvinslend Universitetinin Molekulyar Biologiya İnstitutunda çalışan doktor Kristina Şreder qeyd edib ki, hazırda bütün dünyada baş verən opioid krizisi morfi və ona bənzər dərmanlara (fentanil və oksikodon) alternativ tapmaq zərurəti yaradıb. “Opioidlər effektiv ağrıkəsici olsalar da, onların təsiri ürək bulanması, qəbzlik və digər arzuolunmaz kənar təsirlərlə müşayiət olunur və həmçinin narkomaniya riski doğurur. Bizim tədqiqatlar göstərdi ki, Huwentoxin-IV kimi tanınan Çin Quş Hörümçəyin zəhərində olan mini-zülal orqanizmdə olan ağrı reseptorları ilə birləşir. Biz mini-zülal, onun reseptoru və əhatə edən membranın daxil olduğu üç elementli yanaşma tətbiq edərək spesifik ağrı reseptorları üçün daha böyük effektivliyə və spesifikliyə nail olduq. Bununla da reseptora və hüceyrə membranına lazımi miqdarda mini-zülalın birləşməsi mümkün oldu”. Doktor Şreder qeyd etdi ki, mini-zülal siçan modelində test edilib. “Bizim hazırladığımız preparat kənar təsiri olmayan, alternativ bir ağrıkəsici kimi istifadə olunmaqla bir çox insanın opioidlərdən asılılığını azalda bilər”.