sa sa 45
Makromolekulyar B qiymətlərinin lokal və qlobal analizi mövzusunda onlayn seminar keçirilib + Foto Noy 16, 2020 | 16:35 / Seminarlar

Noyabrın 16-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda onlayn elmi seminar keçirilib. Seminarda Hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyeva Makromolekulyar B qiymətlərinin lokal və qlobal analizi mövzusunda çıxış edib. R. Məsməliyeva Makromolekulyar B qiymətlərinin statistik analizinə əsaslanan yeni validasiya metodu haqqında məlumat verib. Bu metod vasitəsilə zülal quruluşu modellərinin etbarlılığının yoxlanılması və quruluş modellərində səhvlərin tapılması həyata keçirilir. Hesablama struktur biologiyası laboratoriyasında hazırlanan tamamilə yeni validasiya metodu açıq lisenziya ilə aşağıdakı linkdə yerləşdirilib. 

https://github.com/ToBvalid/tobvalid