sa sa 295
Mikrobiologiya İnstitutunda gənc alimlər mükafatlandırılıb + Foto Fev 06, 2019 | 14:28 / Konfranslar, iclaslar

AMEA-nın Mikrobiologiya İnstitutunda “Müasir biologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nailiyyətlərindən danışıb. Alim qeyd edib ki, ötən il institutun gənc alim və mütəxəssisləri akademiyanın elmi-ictimai həyatında yaxından iştirak edib, məhsuldar fəaliyyət göstəriblər.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov  akademiyada gənclərin inkişafı istiqamətində görülən mühüm işlərdən söz açıb.

Konfransda, həmçinin biologiyanın aktual problemlərini özündə əks etdirən məruzələr dinlənilib. Məruzələrdən sonra institutun direktoru, akademik Məmməd Salmanov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb, tövsiyələrini verib.

Sonda ən yaxşı məruzələrin müəlliflərinə fəxri diplom və pul mükafatları təqdim olunub. O cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi Rəfiqə Məsməliyeva konfransda 1-ci yer tutduğuna görə diplom və pul mükafatı ilə təltif olunub. İnstitutun kiçik  elmi işçisi Aynurə Paşayeva isə sertifikatla təltif olunub.